Bakıda mikroavtobus yük maşını ilə toqquşub.

BAKU.WS
-in Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 17-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.

Qazax rayon sakini Bilal Mustafayevin idarə etdiyi "Mercedes” markalı mikroavtobusla Hacıqabul rayon sakini Cavid Zərbalının idarə etdiyi "MAN” markalı yük avtomobili toqquşub.

Nəticədə B.Mustafayevin sərnişinlərindən Bakı şəhər sakini Cahangir Cahangirov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS