SİZİN REKLAM BURADA!
055 213 76 73


 
AZTV əməkdaşının idarə etdiyi avtomobil "London taksisi" ilə toqquşub.

BAKU.WS report-a istinadən bildirir ki, hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsində baş verib. Məlumata görə, "Chery" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən yol kənarında dayanmış "London taksisi"nə çırpılıb.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, "Chery" markalı avtomobili idarə edən şəxs AZTV-də sürücü vəzifəsində çalışır.