18 yaşlı rus qız Bakıda girova çevrildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sankt-Peterburqdan Bakıya atalığının yanına gəlmiş məktəbli qız girova çevrilib. O, artıq iki həftədir ki, Azərbaycandadır.
BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, baş vermiş hadisə ilə bağlı polisə qızın anası məlumat verib. Qadının sözlərinə görə, 18 yaşlı qızı noyabrın 9-da evdən çıxıb, özü ilə 30 min rubl (təxminən 800 manat) pul və xarici pasportunu götürüb. Rəfiqəsinin vasitəsilə anasına çatdırıb ki, Bakıya atalığının yanına yollanır.
İki gündən sonra qız anası ilə əlaqə saxlayıb və onu evə qaytarmağı xahiş edib. Belə ki, atalığı sənədlərini əlindən alıb və güclə Bakıda saxlayır. Qadın polisə onu da bildirib ki, qız eşitmə qabiliyyəti zəif olduğu üçün şikəstdir.
Hüquq-mühafizə orqanları ərizədə göstərilənlər üzrə araşdırma aparırlar.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sevgi faciəsi: anasına məktub yazıb intihar etdi
Dünən Sabunçu qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Sultanov Yusif İlqar oğlunun...