Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq

03
fev
2023
12:01
Fevralın 5-də, saat 09:00-dan 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində şəhərin mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Sabah Bakının mərkəzi prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır
Sabah saat 9:00-dan, 17 aprel saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən prospektin Sahib Zeynalov küçəsi ilə kəsişməsi...
