"Uşaq Sığınacağındakı uşaq ölür!" - Komitə sədri rəsmi qurumlara müraciət etdi - VİDEO
“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə “Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyətinin ağır olması ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sədr, uşaq bağçasının qapadılması ilə bağlı qərar verildiyi halda, hələ də fəaliyyət göstərdiyini bildirib.
K.Ağazadənin sözlərinə görə, dəfələrlə ona uşağın döyüldüyü barədə məlumat verilib:
"Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən "Sevgi" Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib: "Kəmalə xanım, istintaq gedir, gözləyirik!"
O, daha sonra məsələ ilə bağlı rəsmi qurumlara müraciət də edib:
"Əzizlərim, gözləyirik? "Totu" ləqəbli uşaq isə ölür! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür! Amma mən faktlara əsaslana bilərəm! Hal hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı! Ölür uşaq... Sosial Xidmətlər Agentliyi gedin qiymətləndirmə aparın! Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşağı tam müayinəyə götürün! İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yardım edin! Bakı şəhər Baş Polis İdarəsi, Baku City Main Police Department uşağın o qadının əlindən alınmasında həlli yolunu tapın! Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə qaydasında bu qadının fəaliyyətini məhdudlaşdırın!" - deyə o bildirib.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb:
“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...