SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Astarada qətl hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.
 
Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C. Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS