Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.
 
Qeyd edək ki, hərbi təyinatlı pilotsuz uçan aparat (PUA) hərbi robotun bir növüdür. Uçmaq üçün yaradılan bu sistemlərin məqsədlərinə insan üçün potensial təhlükəli olan missiyalar daxildir. Yəni, bu mobil aparat hər hansı məqsədin yerinə yetirilməsi üçün proqramlaşdırılıb.
 
ŞAHİN Həbibov
BAKU.WS