Müdafiə Nazirliyi: 7 erməni hərbi qulluqçusu məhv edildi

Müdafiə Nazirliyi: 7 erməni hərbi qulluqçusu məhv edildi
Hadisə 1872

Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. 

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub.

Silahlı Qüvvələrimizin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.

Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ermənistan ordusuna ağır itki: 2 əsgər öldü

Ermənistan ordusuna ağır itki: 2 əsgər öldü

Ermənistan ordusu cəbhədə növbəti dəfə itki verib. BAKU.WS-in məlumatına görə, ötən gün atışmalar zamanı Ermənistanın 2 muzdlu əsgərləri ölüb. Bu barədə məlum...

1326 Hadisə 10:31 05 sentyabr 2015

Son xəbərlər