SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yasamal rayonunda Qanlı gölün ətrafındakı söküntü işləri sakinlərin narazılığına səbəb olub.

Göl ətrafındakı evlərin həyətyanı və təsərrüfat sahələri icra hakimiyyəti orqanının işçiləri tərəfindən sökülüb.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, sakinlərin sözlərinə görə, onlara heç bir xəbərdarlıq edilmədən söküntü işlərinə başlanılıb.

Əsas səbəb kimi həmin ərazilərdəki tikililərin sənədlərinin olmaması göstərilib, amma sakinlər evlərinin sənədlərinin olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. İcra hakimiyyəti başçısının müavini Səməd İslamov bildirdi ki, söküntü işlərinin aparıldığı bütün ərazilər sakinlər tərəfindən qanunsuz olaraq zəbt edilən yerlərdir. O, yaxın müddətdə ordakı evlərin də söküntüsünə başlanılacağını, amma sənədinin olub-olmamasından asılı olmayaraq hər kəsə kompensasiya ödəniləcəyini də dedi.
 
BAKU.WS