KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket atıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, buraxılışlar şənbə günü yerli vaxtla saat 05:20-də Vonsan bölgəsindən həyata keçirilib.
Raketlər təxminən 250 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb.
Cənubi Koreya və ABŞ hərbçiləri raketlərin texniki göstəricilərini araşdırırlar. İlkin ehtimallara əsasən, buraxılışlar "Hvason-11" seriyalı ballistik raketləri və 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin mərmilərini əhatə edib.
Hadisə Cənubi Koreya, ABŞ və Yaponiyanın birgə hərbi təlimlərinin başa çatmasından cəmi bir gün sonra baş verib.
Oxşar xəbərlər
Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi
ABŞ-də yaradılan Cathedral adlı süni intellekt startapı Anthropic şirkətinin daxili sistemlərinə sızaraq məxfi məlumatları əldə etdiyini iddia edib. BAKU.WS xəb...