Dünən istifadəyə verilən Bakı- Sumqayıt sərnişin qatarında xoşagəlməz hadisə baş verib.

BAKU.WS-in azvision.az-a istinadən məlumatına görə, yenicə sərnişinlərin istifadəsinə verilən qatarın şüşəsi sındırılıb.

Aparılan araşdırma zamanı şüşəni sındıran şəxs müəyyən edilərək tutulub. Onun kimliyi açıqlanmır.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı dünən istifadəyə verilib. Qatardan istifadə üç gün ərzində pulsuz olacaq.
 
BAKU.WS