Bakıda məktəbin qarşısında Göyçay sakini ürəyindən bıçaqlandı

06
avq
2022
09:19
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.
Oxşar xəbərlər
Bakıda partlayış zamanı bu müğənni də gecə klubunda imiş - FOTO - TAM SİYAHI
Ötən gün 03:00 radələrində Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində baş verən partlayış zamanı müğənni Nicat Məhərrəmov da gecə klubunda olub. BAKU.WS x...