Bu gecə Bakıda iki bıçaqlanma hadisəsi olub.
Bakı şəhər baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisələrdən biri Xəzər, digəri isə Sabunçu rayonunda qeydə alınıb.
Binə qəsəbəsi Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayev bıçaqlanıb
Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, onu bıçaqlayan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev tutulub.
Sabunçu qəsəbəsində isə 1972-ci il təvəllüdlü Anatoli Naumova bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhruz Hacıyev tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ziya Səccad
BAKU.WS