Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON DURUMU

Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON DURUMU
Hadisə 92

Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki körpəsi dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda ailənin digər üzvlərinin də vəziyyəti ağırdır:

“Vəziyyətləri ağır olaraq qalır. Beş nəfərin reanimasiya şöbəsində müalicələri davam etdirilir”.

Qeyd edək ki, baş verən yanğın zamanı evdə ümumilikdə 7 nəfər olub. Onlardan 2 körpə vəfat edib. İkisi uşaq olmaqla daha 5 nəfər isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər