Bakıda iki körpənin öldüyü dəhşətli yanğında xəsarət alan ailə üzvlərinin SON DURUMU

30
iyn
2022
17:53
Xəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonunda evin yanması nəticəsində bir ailənin iki körpəsi dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hazırda ailənin digər üzvlərinin də vəziyyəti ağırdır:
“Vəziyyətləri ağır olaraq qalır. Beş nəfərin reanimasiya şöbəsində müalicələri davam etdirilir”.
Qeyd edək ki, baş verən yanğın zamanı evdə ümumilikdə 7 nəfər olub. Onlardan 2 körpə vəfat edib. İkisi uşaq olmaqla daha 5 nəfər isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda ailə FACİƏSİ: Yeddi aylıq əkiz bacılar yanaraq öldülər, xəsarət alanlar var - YENİLƏNİB
Bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in məlumatına görə, yerli icra nümayəndəsi Elmar Abbasov oxu.az-a...