15 yaşlı azərbaycanlı qızı qaçıranlar ələ keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki şəxs saxlanılıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, fevralın 5-də 16 yaşlı oğlan və onun 18 yaşlı əmisi oğlu 2004-cü il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. 16 yaşlı oğlan həmin qızı evlənmək məqsədi ilə qaçırıb, əmisi oğlu isə ona kömək edib.
Operativ axtarış və istintaq tədbirləri nəticəsində qızın yeri qısa vaxt ərzində müəyyən olunub və elə həmin gün o, sağ-salamat evinə qaytarılıb.
Yeniyetmə qızı qaçıranlar fevralın 8-də Dedoplitskaro rayonunda saxlanılıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin yeniyetmə şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi maddəsi üzrə cinayət işi açılıb. Bu cinayətə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Oxşar xəbərlər
18 yaşlı qızı evlənmək üçün qaçırdı, lakin ...
Tovuzda 18 yaşlı qızın qaçırılması ilə bağlı təqsirləndirilən şəxslərin ibtidai istintaqı başa çatıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, cinayət işi ba...