SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı 161 nəfər həlak olub.

BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qiyamçılardan müxtəlif rütbəli 2839 zabit və əsgər tutulub.

Baş nazir qeyd edib ki, son məlumatlara görə, hadisələr zamanı 1440 nəfər yaralanıb. 
 
B.Yıldırım deyib ki, çevrilişə cəhd edən 20 hərbçi öldürülüb, 30-u yaralanıb. 
 
BAKU.WS