13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Gəncə şəhər Kəpəz rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən polis əməkdaşı - polis serjantı, 1985-ci il təvəllüdlü Sakin Nəbiyev və polis serjantı, 1991-ci il təvəllüdlü Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri qazanclarının 20%-i məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli biliniblər.

İttihama görə, Sakin Nəbiyev və Tural Kazımov Nizami rayon polis şöbəsinin əməkdaşı işləyərkən Gəncə şəhərinin Kəpəz rayonunda A.S adlı qadının evinə gəliblər. Burada həmin qadınla polislər arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb və həmin qadın bu zaman özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. A.S ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
BAKU.WS