Sabiq milli təhlükəsizlik nazirinə 14 il iş verildi

Sabiq milli təhlükəsizlik nazirinə 14 il iş verildi
Hadisə 1894
 

Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Məhkəmənin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda MTN generalı məhkəməyə çıxarıldı

Azərbaycanda MTN generalı məhkəməyə çıxarıldı

Naxçıvan Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cina...

1185 Sosial 11:51 21 iyun 2016

Son xəbərlər