VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub. ANS PRESS-in məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinə təyinat alıb. Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinə göndərilib.

Faktlar müvafiq qurumlar tərəfindən öz təsdiqini tapıb.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilən Valik Vəlimətov faktı təsdiq edib və bildirib ki, ona göstərilən etimadi doğrultmağa çalışacaq.
 
BAKU.WS