SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər rayonun Buzovna qəsəbəsində ağır yol qəzası baş verib. 

BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, yol polisinin saxla əmrinə tabe olmayan 1984-cü il təvəllüdlü Elşən Mirzəyev "Ford Tranzit” markalı avtomobillə qəza törədib. Belə ki, Elşən Mirzəyev idarə etdiyi avtomobili yol kənarında dayanmış, Qəbələ rayon sakini Rauf Paşayevə məxsus "Tofaş” markalı avtomobilə çırpıb. Nəticədə Yol Polisi müfəttişi Ağarzayev və Tofaş markalı avtomobilin sürücüsü Paşayev və sərnişini Aygün Hüseynova yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS