SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub. 
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyi bildiri ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
 
ŞAHİN Həbibov
BAKU.WS