Azərbaycanda fəhlə iş başında öldü

İyulun 2-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Sexdə partlayışla bağlı RƏSMİ AÇIQLAMA
İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna...
