SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində dördü azyaşlı olmaqla beş nəfər, o cümlədən Buzovna sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib, Sabirabad rayonunun Zəngənə kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı üç nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS