SİZİN REKLAM BURADA!
055 213 76 73


General-mayor Novruzəli Orucovun işdən çıxarılmasına səbəb olan Rüstəm Orucov marketdə məhsulları əzməsi ilə yenidən mətbuatın gündəminə düşüb. 

BAKU.WS xəbər verir ki, gənc Orucov indiyə kimi bir çox qalmaqallı hadisə ilə diqqət mərkəzinə düşüb. 

Rüstəm Orucov hələ 4 il əvvəl xuliqanlıq etdiyinə görə 4 il müddətinə həbs edilmişdi. Belə ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

BAKU.WS
VİDEO

QALEREYA