Bakıda gecə baş verən dəhşətli qəzadan görüntülər - VİDEO

23
apr
2021
08:40
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.
Daha sonra "Hyundai" yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.
Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Oxşar xəbərlər
Anasının qəssabla münasibətindən şübhələnən gənc bıçağa əl atdı - TƏFƏRRÜAT
Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf....
