17 yaşlı qızın qohumları tərəfindən döyülən həkimin fotosu yayıldı
Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın əməliyyatında narkoz verən anestezioloq-həkimin fotosu yayılıb.
BAKU.WS-in məlumatına görə, Aygül adlı gənc qızın qohumları həkimi döyüblər.
Qeyd edək ki, gənc qız bu il 601 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olub.
Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Azad Əliyev
Foto: Fərahim Qasımov
BAKU.WS
Oxşar xəbərlər
Burun əməliyyatı zamanı can verən qızın fotosu: 601 bal toplamışdı
Burnundan əməliyyat olunarkən dünyasını dəyişən 17 yaşlı qızın fotosu yayılıb. BAKU.WS-in məlumatına görə, Aygül adlı gənc qızın yanında əyləşən onun qardaşıd...