Burun əməliyyatında dünyasını dəyişən qızın ölüm səbəbi açıqlandı - FOTO
Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın ölüm səbəbi məlum olub.
BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən A.Orucova narkozdan ayılmayıb.
Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
A.Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.
Faktla bağlı Gəncə Şəhər prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Əməliyyatda ölən 17 yaşlı qızın qohumları həkimləri döydü
Gəncədə əməliyyat zamanı ölən qızın qohumları iki həkimə bədən xəsarətləri yetiriblər. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə əməliyyat aparılan "Y...