Azərbaycanda burun əməliyyatında dünyasını dəyişən qızın ÖLÜM ANI - VİDEO

Azərbaycanda burun əməliyyatında dünyasını dəyişən qızın ÖLÜM ANI - VİDEO
Video
Hadisə 17694
 

Gəncə şəhərində yerləşən "Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölüm anını əks etdirən videogörüntülər yayılıb.

BAKU.WS xəbər verir ki, tibb mərkəzinin müşahidə kamerasına düşmüş görüntülərdə qıza ürək masajı edildiyi, daha sonra oksigen verdildiyi görünür.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər