SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın Cənub hərbi dairəsinin 58-ci ordusu "İskəndər" raket komplekslərini sınaqdan keçirib.
 
BAKU.WS-in məlumatına görə, təlimdə təxminən üç min canlı qüvvə cəlb edilib. Bununla yanaşı, tanklar və digər hərbi texnikalar təlimdə istifadə edilib.
 
Döyüş hazırlığını yoxlamaq üçün təşkil olunan təlimlər Kapustin poliqonunda həyata keçirilib. "İskəndər" raket kompleksləri ilə yanaşı, T-72, T-90 tankları, reaktiv yaylım atəşi sistemləri və özüyeriyən haubitsalar sınaqdan keçirilib. 
 
Təlimdə ən yeni piyada döyüş maşınlarının və zirehli avtomobillərin imkanları nümayiş etdirilib. 
 
BAKU.WS