Rusiya qoşunları Ermənistanda hərəkətə keçdi

Rusiya qoşunları Ermənistanda hərəkətə keçdi
Hadisə 5311
 

Rusiyanın qırıcı və hərbi aviasiyasının Ermənistanda uçuş taktiki təlimləri başlayıb. ANS PRESS-in məlumatına görə, Rusiyanın Ermənistanda yerləşdirilən Erebuni Cənub hərbi dairəsinin hərbi bazasında başlayan təlimlər polkovnik Aleksandr Petrovun komandanlığı altında həyata keçirilir. 

Təlimlərdə 200-dən çox hərbçi, təxminən 20 təyyarə, Rusiya aviasiya birləşmələri və "ЮВО" helikopterləri, o cümlədən "MİQ-29" qırıcıları, zərbə helikopterləri "Mİ-24p" və nəqliyyat helikopterləri "Mİ-8MT" iştirak edir. 

Təlimlər zamanı helikopterlərin gizlədilməsi, dağ yerlərində hərbçilərin vəzifələrinin yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyəti və təşkili, müxtəlif hündürlüklərdə gecə və gündüz döyüşlərin keçirilməsi məşq ediləcək. Bütün bu məşqlərə isə pilotsuz təyyarələr nəzarət edəcək.

Sonuncu dəfə Rusiya Silahlı Qüvvələri bu il aprelin 30-da Ermənistanda yerləşən 102-ci hərbi bazada təlimlərə başlayıblar. Təlimlərdə bu birləşmənin silahlanmasına verilən pilotsuz uçuş aparatlarından (PUA) və radioelektron mübarizə komplekslərindən istifadə edilib.

Təlimlər yüksək dağlıq ərazidə yerləşən "Kamhud” poliqonunda keçirilib. Təlimlərdə "İnfauna” radioelektron mübarizə kompleksləri ilə yanaşı, "Navodçik” və "Orlan” PUA-larından istifadə olunub.

Ermənistanın Gümrü şəhərində Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 102-ci hərbi bazası yerləşir. 2010-cu ildə bazanın yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb. Son 1 ildə bazanın silah və texnika imkanları artırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Rus qırıcıları Ermənistan səmasında (VİDEO)

Rus qırıcıları Ermənistan səmasında (VİDEO)

Hazırda Rusiyanın Gümrüdə 102-ci hərbi bazası fəaliyyət göstərir. Bu bazada rus pilotlar hərbi təlimlər keçir. Bu cür təlimlərdən birinin görüntüsü yayılıb. Er...

6067 Video 14:22 29 aprel 2016

Son xəbərlər