Rusiya hərbi helikopterlərini Yerevan səmasına qaldırır

Rusiya hərbi helikopterlərini Yerevan səmasına qaldırır
Hadisə 1559

 

Yerevandakı "Erebuni" aerodromunda 9 May Qələbə Günü münasibəti ilə avişou olacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir. Ermənistanda "Erebuni" hərbi təyyarə bazasının vertolyotlarının ekipajları Yerevanda təntənəli tədbirdə iştirak edəcək. 

Təntənəli tədbirdə Mi-24P və Mi-8MT hərbi vertolyotlarının ekipajları uçuşlar edəcək. Helikopterlər şou göstərmək üçün artıq təlimlərə başlayıb.  

Xatırladaq ki, Yerevanda yerləşən "Erebuni" aerodromunda Rusiya təyyarə bazası 1995-ci ildən fəaliyyətə başlayıb. 1998-ci ilin noyabrında Rusiya Federasiyasından bazaya çoxfunksiyalı qırıcılar an-29 göndərilib. 

BAKU.WS

Oxşar xəbərlər

Ermənistanda panika: Gümrü bazasında nə baş verir?

Ermənistanda panika: Gümrü bazasında nə baş verir?

Qarabağda hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistandakı Rusiya hərbi bazası ətrafında qəribə şaiyələr yayılmağa başlayıb. Virtualaz.org xəbər v...

4483 Hadisə 11:35 10 aprel 2016

Son xəbərlər