Rusiya "İskəndər" raket komplekslərini işə saldı (VİDEO)
13
may
2016
14:11
Rusiyanın Cənub hərbi dairəsinin 58-ci ordusu "İskəndər" raket komplekslərini sınaqdan keçirib.
BAKU.WS-in məlumatına görə, təlimdə təxminən üç min canlı qüvvə cəlb edilib. Bununla yanaşı, tanklar və digər hərbi texnikalar təlimdə istifadə edilib.
Döyüş hazırlığını yoxlamaq üçün təşkil olunan təlimlər Kapustin poliqonunda həyata keçirilib. "İskəndər" raket kompleksləri ilə yanaşı, T-72, T-90 tankları, reaktiv yaylım atəşi sistemləri və özüyeriyən haubitsalar sınaqdan keçirilib.
Təlimdə ən yeni piyada döyüş maşınlarının və zirehli avtomobillərin imkanları nümayiş etdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ordusunun "ölüm maşını" (VİDEO)
Azərbaycan Quru Qoşunlarının silahlanmasında Reaktiv Yaylım Atəşi Sistemləri xüsusi rol oynayır. BAKU.WS-in məlumatına görə, ordumuzun arsenalında olan T-107...