Azərbaycan ordusunun "ölüm maşını" (VİDEO)
Azərbaycan Quru Qoşunlarının silahlanmasında Reaktiv Yaylım Atəşi Sistemləri xüsusi rol oynayır.
BAKU.WS-in məlumatına görə, ordumuzun arsenalında olan T-107 Anadolu Türkiyə istehsalı reaktiv artilleriya sistemidir.
107 mm-lik reaktiv yaylım atəş sistemləri atəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir. 12 lüləli T-107-nin boş halda çəkisi 385 kiloqramdır. T-107-lərdə raket buraxılışı 0.5-0.7 saniyə intervalladır.
ROKETSAN istehsalı olan T-107 reaktiv yaylım atəş sistemləri elə bu şirkətin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərlə atəş açır. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu da MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur. TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur.
TR-107 raketlərində az tüstülü kompozit yanacaq tətbiq edilib. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq,döyüş başlığının ağırlığı 8.4 kq-dır.
Azərbaycan və Türkiyə ordusu tərəfindən istifadə edilir.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə ordusunun lazerlə idarə olunan raketləri (VİDEO)
Türkiyə ordusunun arsenalında bir-birindən modern silahlar var. Bunlar arasında lazerlə idarə olunan raketlər diqqət çəkir. BAKU.WS-in məlumatına görə, sözüge...