Türkiyə ordusunun lazerlə idarə olunan raketləri (VİDEO)

Türkiyə ordusunun lazerlə idarə olunan raketləri (VİDEO)
Video
Video 12861

 

Türkiyə ordusunun arsenalında bir-birindən modern silahlar var. Bunlar arasında lazerlə idarə olunan raketlər diqqət çəkir. 

BAKU.WS-in məlumatına görə, sözügedən raketlər hərəkətli hədəflərə qarşı yüksək həssaslıqla istiqamətlənir. Sinifinin ən uzun mənzilli raketi sayılan silah çox məqsədlidir. Bu raket müxtəlif platformalara (helikopter, PUA, hərbi təyyarə, hərbi gəmi) inteqrasiya oluna bilir. 

Roketsan tərəfindən hazırlanan lazerlə idarə olunan raket mərmisinin istehsalı da ucuz başa gəlir. Bu silah tank əleyhinə mərmilər arasındakı boşluğu doldurmaq məqsədiylə nəzərdə tutulub. 

lazerlə idarə olunan raket mərmisi klassik 2.75 mərmilərə görə daha uzaq məsafəni vura bilir. Bu silah vasitəsi ilə 8 km məsafədəki hədəfi vurmaq olar. Bu silah hələ də inkişaf etdirilməkdə olan "Atak" vertolyotunun (T-129) rəsmi raket sistemi olaraq müəyyən olunub.

BAKU.WS

Son xəbərlər