Sumqayıtda mənzildə partlayış baş verib

02
mar
2021
21:43
Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...