Bakıda məşhur restoranda PARTLAYIŞ – “Yeyə bilmədiklərimizin də pulunu aldılar”
22
may
2018
16:21
Bakıda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verib.BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Dükkan” restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.Belə ki, ictimai obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqları da çox qorxub: “Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin də pulunu aldılar və hadisəyə görə üzr istəyən də olmadı”.Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: “Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi”.Müştərilərdən biri, Aygün adlı xanım restoranın terras hissəsində açıq havada divarın yanında qaz balonu yerləşdirildiyini və hadisə vaxtı həmin balonun partladığını qeyd edib: “İşçilər də hadisədən sonra qaz balonunun partladığını dedilər, amma təhlükəsizlik qaydalarına görə nazirliyin onları cərimələməməsi üçün rəsmi rəsmi qurumlara məlumat vermədilər. Biz partlayış vaxtı alovu da gördük”.Toğrul Xələfov adlı şəxs isə həmin zaman partlayış baş verən divarın yanındakı masada əyləşdiyini bildirib.“Dükkan” restoranı isə müştərilərə cavabında orada belə bir hadisənin baş vermədiyini bildirib: “Sadəcə, yaxınlıqdakı ərazidə partlayış baş verib və “Dükkan”da onun səsi eşidilib”.Lakin restoranın adını açıqlamaq istəməyən administratoru açıqlamasında qaz balonundan yanğın baş verdiyini açıqlayıb:“Bizdə qaz xətti var, amma təzyiq zəif olduğu üçün qaz balonu istifadə edirik. Dünən də partlayış baş verməyib, qaz balonunda yanğın oldu, müştərilər hamısı durub çölə qaçdı. Biz özümüz alovu söndürdük. Restorana heç bir ziyan dəyməyib, xəsarət alan da olmayıb. Sadəcə, həmin adamlar hesabın çox olduğunu deyərək hər yerə yazıb bizdən şikayət edilər. 20 nəfərə 140 manat hesab veriblər”.“Dükkan”ın administratoru bu gün rəsmi qurumların restorana baxış keçirəcəyini bildirib: “Qaz idarəsi və Fövqəladə Hallar Nazirliyindən zəng etmişdilər, bu gün gəlib yoxlama aparacaqlar. Biz yanğından sonra polisə və yanğın bölməsinə məlumat vermədik, çünki buna ehtiyac olmadı”.Qeyd edək ki, dünən də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən kafedə qaz balonunda yaranan yanğın sonrası baş verən partlayış nəticəsində 3 nəfət vəfat edib, 1 nəfər ağır yaralıdır.BAKU.WS
Oxşar xəbərlər
"Riviera" restoranında məcburi çay satışı - dəstgahla 33 AZN (FOTO)
Bakıda məşhur restoranlardan birində xoşagəlməz vəziyyət baş verib. BAKU.WS-ə müraciət edən Anar adlı şəxs istirahət günündə "Riviera" mehmanxanasının restoranı...