Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkən əcnəbilər arasında 108 Azərbaycan vətəndaşı var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 2 nəfər artıb. Onların 9-u ittiham olunan, 99-u isə məhkumdur. Məhkumların 4-ü yeniyetmədir.
Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər azalaraq 30 nəfər olub. Onların 27-si kişi, 3-ü qadındır.
Qonşu ölkənin həbsxanalarında saxlanılan xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 567 nəfər təşkil edir. Probasiya nəzarətində saxlanılan əcnəbilərin sayı isə 237-dir.
Oxşar xəbərlər
İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələr...
