SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Şəkidə iki övlad atası intihar edib.
 
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.
 
Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.
 
Onun intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. 
 
BAKU.WS