Bakıda qadın uşaqlarını və özünü binadan niyə atdı? - ŞOK SƏBƏB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ana iki azyaşlı körpəsilə birlikdə intihara cəhd edib.
Baku TV xəbər verir ki, qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğullarını da narkotik istifadə etməyə məcbur edir.
Ana deyib ki, həyat yoldaşının bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib. Qonşular ailəni mehriban və sakit ailə kimi tanıdıqlarını deyirlər.
Ər və arvad arasında söz-söhbət və davanın şahidi olmadıqlarını bildiriblər. Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda qadın iki uşağını və özünü niyə binadan atıb? SƏBƏB BƏLLİ OLDU
İki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihara cəhd edən ana istintaqa ifadə verib. BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi məluma...