Bakıda qadın iki uşağını və özünü niyə binadan atıb? SƏBƏB BƏLLİ OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
İki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihara cəhd edən ana istintaqa ifadə verib.
BAKU.WS-in “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, qadın istintaqa ilkin ifadəsində əri Cavid Cəfərovun narkoman olduğunu və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istədiyini bildirib.
O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...