"07" ilə piyadanın qollarını sındırıb hadisə yerindən qaçdı

07 ilə piyadanın qollarını sındırıb hadisə yerindən qaçdı
Hadisə 208

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Əmirov Xəyal Alay oğlunu "VAZ 2107" markalı avtomobil vurub.

Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. İlkin məlumata görə, X.Əmirovun hər iki qolu sınıb. Bundan əlavə baş nahiyəsindən ağır xəsarətlər alıb.

Hadisə zamanı sürücü qaçıb. Yaralı ətrafdakı insanların yardımı ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı arşadırma başlanılıb. Sürücü 25 yaşlı Eyvazlı Emin Azər oğlu saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər