SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova BAKU.WS-ə bildirib ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.2- 1.4 dəfə artıqdır.

Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.

BAKU.WS