Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq
Sosial 83

Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq

BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

Oxşar xəbərlər

Tozlu hava şəraiti ilə bağlı AÇIQLAMA

Tozlu hava şəraiti ilə bağlı AÇIQLAMA

Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə...

211 Sosial 16:43 22 aprel 2021

Son xəbərlər