Tozlu hava şəraiti ilə bağlı AÇIQLAMA
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Avtomat monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.
Oxşar xəbərlər
Bakıda toz dumanı müşahidə olunur
Havada toz dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Bakı və Abşeron yarmadasında h...