Bakıda martın 11-dək hava tozlu olacaq

Bakıda martın 11-dək hava tozlu olacaq
Sosial 763

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 9 mart 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərin nəticələrinə görə, havada toz-duman müşahidə edilir və tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

BAKU.WS xəbər verir ki, tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb arabir güclənən cənub-şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

Son xəbərlər