Qar yağacaq, yollar buz bağlayacaq

Qar yağacaq, yollar buz bağlayacaq
Sosial 2468

Azərbaycanda fevralın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında fevralın 11-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Oxşar xəbərlər

Bu gün Bakıya qar yağacaq

Bu gün Bakıya qar yağacaq

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, güclü şi...

1478 Sosial 10:10 10 fevral 2020

Son xəbərlər