VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış ilahiyyatçı İsmayıl Əhmədov təhsil eksperti Kamran Əsədovun rus dilini bilməyən valideynlərlə bağlı səsləndirdiyi fikirlərə biganə qalmayıb.

BAKU.WS-in məlumatına görə, İsmayıl Əhmədov ekspertin qalmaqala səbəb olan fikirlərinə cavab olaraq bunları bildirib.

“Məsləhət görülür ki, rus dilimi bilməyən valideyinlər uşaqlarını rus sektoruna qoymasın. Səbəb? Ay möhtərəm insanlar, onda gərək heç ana dili olan Azərbaycan dilini bilməyən və uşağına dərslərində kömək edə bilməyən minlərlə valideyin uşaqlarını Azərbaycan sektoruna da qoymasın. Bir haldaki bu hal yaşanmaqdadır. Çünki 9-cu sinifi zorla qurtaran valideyinlərdən bir çoxu 3 sətirlik arayışı yaza bilmir, o ki qaldı hazırki dərslikləri başa düşüb başa salsın. İndi tutaq ki, mən uşağımı ingilis təmayüllü məktəbə qoymaq istəyirəm. Amma ingilis dilini bilmirəm. İndi necə olsun? Sizin xəbəriniz var ki, Finlandiyada, Yaponiyada, Çində uşaqlar evdə dərslə məşğul olmur? Yoxdursa olsun. Bəs biz uşağımızı məktəbə bilmədiklərini bilmələri üçün göndəririk də, özümüz bilsəydik daha sizin fond pulu, bayram pulu nə bilim süpürgə pulu yığılan o "məktəblərinizə" niyə göndərirdik?! Vallah çarəmiz yoxdu, atestat alıb sabah ali təhsil ala bilsinlər deyə göndəririk. Lütfən söz deyəndə azacıqda məntiq adlı sahə var ondan istifadə edin”, - deyə İlahiyyatçı İsmayıl Əhmədov qeyd edib.

BAKU.WS