"Qarabağ"dan "Sabah" qəzətinə sərt cavab: "Əgər mənəviyyatdan xəbəriniz olsaydı.."
21
okt
2017
13:11
"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl Türkiyənin “Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verib.BAKU.WS-in məlumatına görə, o sosial şəbəkədə məsələyə biganə qalmayıb və bu məsələyə reaksiya verib. Klubun idman direktoru bildirib ki, fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır:“Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir Türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.Qeyd edək ki, türkiyəli yazar Mevlüt Tezel yazdığı xəbərdə "Qarabağ" azarkeşlərinin sadə A4 kağızında "Qarabağ" yazısını tutmağına lağ etmişdi. Yazı həm qəzetdə, həm də saytda yer alıb. TuncayBAKU.WS
Oxşar xəbərlər
“Sabah” azərbaycanlı azarkeşləri təhqir etdi
Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.BAKU.WS-in məlumatına görə, b...