Zabit Səmədov "Qarabağ"ın oyununa baxdı, Qurban Qurbanovla görüşdü (VİDEO)

Zabit Səmədov Qarabağın oyununa baxdı, Qurban Qurbanovla görüşdü (VİDEO)
Video
İdman 4607
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyanın “Atletiko” klubunu qəbul edib Qarşılaşmanı izləyənlər arasında “Mauqli” ləqəbli məşhur Azərbaycan kikboksçusu Zabit Səmədov da olub.BAKU.WS xəbər verir ki, Səmədov klubun rəsmi saytına verdiyi açıqlamada bunları qeyd edib:“Qarabağ” bizim fəxrimizdir. Burda olmaqdan qürur duyuram. Müstəqillik günündə Azərbaycanda Çempionlar Liqasının keçirilməsi ikiqat bayramdır. Ölkəmizdə əsl futbol ab-havası yaşanır. Buna görə də, “Qarabağ”a təşəkkürümü bildirirəm. Nəticədən asılı olmaraq, “Qarabağ”a sona qədər dəstək olacam”.Döyüşçü İnstaqram səhifəsində oyundan şəkillər paylaşıb. O, “Qarabağ” klubunun soyunma-geyinmə otağına düşüb. Z.Səmədov klubun rəhbərliyi və baş məşqçi Qurban Qurbanov ilə görüşüb.TuncayBAKU.WS]

Oxşar xəbərlər

"Qarabağ" bu gün Çempionlar Liqasında çətin sınaq qarşısında

"Qarabağ" bu gün Çempionlar Liqasında çətin sınaq qarşısında

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin III mərhələsində bu gün Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək. BAKU.WS-in məlum...

1858 İdman 09:24 18 oktyabr 2017

Son xəbərlər